Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:31

-

“Bizim yol” son zamanlar banka olan kredit borcuna görə intihar edən şəxslərlə bağlı məlumatları sadalayır. Sonuncu belə hadisə - iyulun 8-də Bərdə şəhərində olub. 23 yaşlı, bir uşaq atası özünü körpüdən asıb.

İyunun 5-də isə banka 17 min manat borcu olan Əliyar Şıxıyev özünü yaşadığı binanın beşinci mərtəbəsindən atıb Ötən ay daha bir intihar hadisəsi Oğuz rayonunda baş verib. 53 yaşlı Məhəmməd Hüseynov Beynəlxalq Banka borca görə özünü öldürüb.

Aprelin 6-da isə İmişli sakini, 52 yaşlı Rəşid Zalov bir neçə bankdan götürdüyü kredit borcunu qaytara bilmədiyi üçün özünü asıb.

VƏD OLUNAN SÜRPRİZ...

“Azadlıq” qəzeti Mərkəzi Bankın yeni binası haqda yazıb. AXCP sədri Əli Kərimli Mərkəzi Bank üçün yeni inzibati bina tikilməsini Avropa Oyunlarından sonra vəd olunan sürpriz kimi qiymətləndirib:

“Gözün aydın, millət, Avropa Oyunlarından sonraya vəd olunan sürprizin biri də gəldi. Bu sürprizin aztəminatlı ailələrin kredit ödənişlərinə güzəştlərlə bağlı olmadığını artıq bilirsiniz. Sürpriz odur ki, cəmisi 20 il əvvəl Mərkəzi Banka şəhərin mərkəzində müasir, dəbdəbəli, bahalı ofis tikmiş hökumətimiz düşünüb ki, bizim kimi “varlı” ölkənin Mərkəzi Bankına bu bina artıq layiq deyil. Mərkəzi Banka 141 metr hündürlükdə, 100 milyonlarla manata başa gələcək yeni bina tikirlər”.

"AZƏRBAYCAYCAN DEMOKRATİK, PLÜRALİST ÖLKƏDİR"

“Azərbaycan hər bir insana söz azadlığının verildiyi ölkədir”.

"yap.org.az”-ın məlumatına görə, deputat Jalə Əliyeva belə deyib. Deputat İlham Əliyevin milli mətbuatın 140 illiyinin keçirilməsi haqqında imzaladığı sərəncamı Azərbaycanda sözə, qələmə, eləcə də ölkədə mətbuata verilən qiymət kimi dəyərləndirib:

«Azərbaycan demokratik, plüralist bir ölkədir. İnsan hüquqlarına hörmətlə yanaşılan və hər bir insana söz azadlığının verildiyi ölkədir. Bu gün hər bir mətbuat işçisinə böyük bir diqqət var. Azərbaycanın açıq fikrinin, reallıqlarının dünyaya çatdırılması istiqamətində böyük işlər görən, fədakar jurnalistlərimizin əməyi qiymətləndirilir və ayrı-ayrılıqda mükafatlandırılır".

AZƏRBAYCAN ƏHALİSİ 10 MİLYONA ÇATIR...

“Azərbaycan” yazır: “Azərbaycanda hər gün orta hesabla 440 körpə dünyaya gəlir”.

11 iyul Dünya Əhali Günüdür. Dövlət Statistika Komitəsinin qəzetə verdiyi məlumata görə, bu ilin birinci 5 ayında Azərbaycan əhalisinin sayı 43,3 min nəfər, yaxud 0,5 faiz artıb.
2015-ci il iyun ayının 1-i vəziyyətinə əhalinin sayı 9 milyon 636 min 300 nəfərə çatıb.
Kişilər əhalinin 49,8 faizini, qadınlar 50,2 faizini təşkil edir.
Əhalinin çox hissəsi - 71,6 faizi 15-64 yaşında olan insanlardır. Qalan 6 faizi isə yaşı 65 və bundan yuxarı olanlardır.
Cari ilin ilk 5 ayı ərzində ölkədə 66,4 min, yaxud hər gün orta hesabla 440 körpə doğulub.

YENİ METRO QATARLARINDAN NƏ XƏBƏR?
“Qafqazinfo” bu sualın cavabını axtarıb.

Bir neçə gündür ki, sosial şəbəkələrdə Bakıya gətirilən yeni metro qatarlarının xətdən yığışdırılması barədə məlumat yayılıb. Bakı Metropoliteninin sözçüsü Nəsimi Paşayev deyib ki, yeni qatarlar xətdən çıxarılmayıb:

“Bu qatarların sayı 3-dür. Ola bilsin ki, gec-gec xətdə görülür, amma işləyir. Biz əvvəl də demişdik ki, qatarlar Avropa Oyunlarından sonra sərnişinlərin istifadəsində olacaq”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG