Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:13

-

Ali İdman Məhkəməsi iyulun 10-da futbol üzrə Albaniya yığmasını Serbiya üzərində qləbə ilə mükafatlandırıb.

Bu iki yığma arasında oyun zamanı pilotsuz təyyarə vasitəsilə meydançada siyasi bayraq dalğalandırılmış və bu da qarşıdurmaya səbəb olmuşdu.
Arbitraj idman məhkəməsi qərar çıxarıb ki, Albaniya yığması Avropa futbol qurumunun ilkin qərarı ilə oktyabr ayında Serbiyanın paytaxtı Belqradda aqressiv mühitdə keçirilən oyundan imtina etməyib.

Məhkəmə qərara alıb ki, Avropa çempionatının seçmə oyununun başa çatmamasına görə Serbiya məsuliyyət daşıyır və ona məğlubiyyət verilməlidir.

Avropa Futbol rəhbərliyi əvvəlcə Serbiyaya 3-0 qələbə vermişdi, amma sonra Serbiya komandasının 3 xalı silindi və öz meydançasında olacaq iki oyunun boş tribunalarda keçirmək qərarı verildi.

Son qərarla Serbiya yenə 3 xalsız qaldı, Euro 2016-nın seçmə qrupunda qələbə isə Albaniyaya verilib: 3-0.

Günün bütün mövzuları

XS
SM
MD
LG