Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:12

-

İyulun 11-də səhər saatlarında Yunanıstanın baş naziri Alexis Tsipras parlamentin ona beynəlxalq kreditorlarla danışıq aparmaq üçün mandat verdiyini bəyan edib.

Bu danışıqlar zamanı o ölkə əhalisi naminə kreditorların irəli sürəcəyi ən ağır şərtlərə getməyə belə hazır olduğunu bildirib. Bundan əvvəlsə - gecə saatlarında parlamentdə gərgin müzakirələr aparılıb. Deputatların böyük əksəriyyəti ölkə başçısının hökumətin iyulun 9-da irəli sürdüyü yeni təkliflər əsasında kreditorlarla razılaşma əldə etməsinə razılıq veriblər. Yeni planda müxtəlif sahələrdə vergilərin artırılması, təqaüd yaşının tədricən 67-yə çatdıdrılması, dövlət xərclərinin azaldılması və büdcənin gəlirliliyinin yüksəldilməsi nəzərdə tutulur. Bu təkliflərin bir çoxunu beynəlxalq kreditorlar təklif etsələr də, iyulun 5-də keçirilən referendumda yunanların çoxu tərəfindən rədd edilmişdi.

Radikal solçu təmayüllü hakim “Siriza” partiyasından olan parlamentarilərin bir hissəsi baş nazirə dəstək verməkdən imtina edib. Tsipras özü isə parlamentdəki debatlar zamanı deyib ki, referendum beynəlxalq kreditorların Yunanıstanın borclarının bir hissəsini silməyə və ya onlara yenidən baxılmasına imkan verib.

İyulun 11-də avrozonanın 19 maliyyə naziri Yunanıstanın yeni təkliflərini nəzərdən keçirəcək. Ertəsi günsə Avropa Birliyinin üzvü olan 28 dövlətin başçısı onu müzakirə edəcək. Yunan hökuməti Avropa və beynəlxalq kreditorlardan 3 il müddətinə 60 milyard dollar almağa ümid edir, bunun qarşılığındasa bəzi tədbirlər görüləcək ki, dövlət gəliri 13 milyard dollara qalxsın.

Günün bütün mövzuları

XS
SM
MD
LG