Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:49

-

"Yasaq, ayıb, günah kimi sözlərlə uşaqlara senzura qoymağı lazım bilmədim"

İstanbuldakı Notre Dame de Sion fransız litseyində tələbələrin hazırlayıb nəşr etdiyi "Tovuzquşu" adlı həvəskar dərgidə içində açıq sözlər olan şeir çıxıb deyə, on yeddi illik ədəbiyyat müəllimi Melike Koçak işdən çıxarılıb.

Şeirin müəllifi tələbələrdir; bir deyil, bir neçə tələbədir. Müəllim Melike Koçak isə bu dərgidəki azadlığın ideya müəllifidir.

"Tələbələrə xəbərdarlıq etməkdənsə, onları alqışlaması, tələbələrin cəmiyyəti daha çox tənqid etməsinə vəsilə olması" rəsmi səbəb göstərilib. Müəllim isə "Yasaq, ayıb, günah kimi sözlərlə uşaqlara senzura qoymağı lazım bilmədim" deyib.

O, beş il bundan əvvəl litseydə işə başlayandan sonra tələbələrdə "kontrolsuz feminizm" ruhu baş qaldırıb, Türkiyədəki qadın cinayətləri əleyhinə şeirlər yazmağa başlayıblar.

Elə bu "Tovuzquşu" dərgisinin də üz qabığında qadın cinayətlərinin dövlət siyasətinin nəticəsi olması haqda karikatura var.

Yazıçılar, tələbələr və İstanbulun ədəbiyyat müəllimləri Melike Koçak-ı işə bərpa etmək üçün imza kampaniyası keçiriblər, amma toplanan çoxlu imzanın köməyi olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG