Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:46

-

Ermənilər nə oxuyur?

Ermənistanın iyul ayı üçün bestseller kitabları açıqlanıb. Siyahıda türk yazıçı Orxan Pamukun “Mənim adım qırmızı” romanı var.

Bu kitab erməni dilində yeni nəşr olunub, ilk həftə bestseller siyahısında dördüncü olub.

“Yerevan Bestseller” siyahısı yeddi kitab mağazasının reytinq cədvəlləri əsasında tərtib olunur. Onluqda birinci yeri Paulo Coelho-nun “Kimyagər” kitabı tutub.

Siyahıda Saint Exupery-nin “Balaca şahzadə”, Umberto Eco-nun “Qızılgülün adı”, erməni şairi Gregory Narek-in “Ağılar”, Spencer Johnson-un “Pendirimə kim əl vurub?”, Garca Marquez-in “Vəba günlərində eşq”, erməni şairi Gurgen Mahari-nin “Charents adı” kitabları var.

Günün bütün mövzuları

XS
SM
MD
LG