Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:14

-

Böyük kitabxana - "statusdur"

Azərbaycanda ev kitabxanalarına həvəs aktuallaşarkən Qərb ölkələrinin ədəbi mətbuatı bunun tamamilə əksini müzakirə etməkdədir.

Bizim dövrümüzdə insanlar anlama, dərketmə sahəsindəki boşluqları konkret şeylərlə, maddi obyektlərlə doldurmağa çalışırlar ki, bu da böyük problemdir. Kitab da bu prosesin hissəsinə çevrilməkdədir.

Evdə kitab toplamaq əleyhinə yazılmış ən maraqlı məqalələrdən birini burada oxumaq olar.

Məqalədə 19-cu əsr yazıçısı Henry James-in “Bir Xanımın portreti” romanı misal çəkilir. Həmin romanda xanımın statusunu, intellektini göstərmək istəyən yazıçı onun böyük kitabxanası olduğunu deyir və kitabxananı təsvir edir.

Böyük intellektlə böyük kitab rəfi eyniləşdirilir. Amma romanda Xanımın yalnız hərdən, özü də ya yatmazdan əvvəl, ya da fikrini dağıtmaq üçün əlinə kitab aldığını görürük.

Ədəbiyyatın, kitabın zənginləşdirici gücünə inanan bir yazıçının kitabında ədəbiyyat, kitablar kübarlıq, status, nüfuz, göstəriş obyektlərinə çevrilib. Bu, ədəbiyyat materializmidir, - məqalə müəllifi deyir.

"Əlbəttə, yazıçı istəyərdi ki, qəhrəmanları həqiqətən də kitab oxusunlar, yəni bu, yazıçısının kitaba münasibəti deyil... Axı həyatda da belədir. Kitab kolleksiyası toplamaqdan və onu göstərməkdən ləzzət alanlar çoxdur.

Əgər biz kitabxanamızdakı kitabları oxuyuruqsa belə, sonra bizdə belə bir istək baş qaldırır: oxuduğumuz kitabı görmək və oxuduğumuzu başqalaırna da göstərmək."

Evdə kitab kolleksiyası toplamaq əleyhinə yazanlar Umberto Econun kitabxanasına da toxunurlar.

Başqa bir yazı "Umberto Econun Anti-Kitabxanası: Niyə kitabları oxumamaq onları oxumaqdan yaxşıdır”, “Biliyi bəzək kimi görən bir mədəniyyətdə necə “anti-alim” olmalı” adlanır. Məqalədə deyilir:

“Umberto Econun böyük kitabxanası var və kitabxanasına gələn əksər qonaqların belə reaksiya verdiyini deyir: “Ooo! Sinyor professor, nə böyük kitabxanadır! Bu kitabların nə qədərini oxumusunuz?”

Onun fikrincə, oxunmamış kitablar oxunmuş kitablardan daha dəyərlidir.

"U.Eco: Pulun nə qədər imkan verirsə, o qədər oxumadığın kitab yığa bilərsən. Nə qədər çox bilirsənsə, yaşın nə qədər artırsa, rəflərdə oxumadığın kitablar da o qədər çoxalır", "Bildiyinə yox, bilmədiyinə fokuslanırsan".

Livan-Amerika alimi və esseisti Nassim Nicolas Taleb isə evə oxunmayan kitabları yığıb saxlamağın kitabxana yox, anti-kitabxana olduğunu deyir.

Onun "Qara Qu" ("The Black Swan") kitabının birinci hissəsi belə adlanır: "Umberto Econun kitabxanası. Biz təsdiqi necə axtarırırq?"

Bu mövzu başqa dərgilərdəki məqalələrdə də müzakirə olunur.

Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG