Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:35

Yunanıstanda qıtlıq təhlükəsi yaranıb


-

Afinanın mərkəzindəki yeməkxanalarda insanlar pulsuz şorba üçün növbəyə durub...

SATICILAR NARAHATDIR

Yunanlar borc böhranına görə ölkədə ərzaq probleminin kəskinləşəcəyindən narahatdırlar.

Paytaxt Afinanın mərkəzindəki marketlərin satıcıları deyirlər ki, mağazalara ərzaq məhsullarının çoxu xaricdən gəlir, qəssablar da ətin tükənmək üzrə olduğunu bildirir.

Bank əməliyyatlarının dondurulması onların tədarük zəncirini qırıb. Satıcıların əlində piştaxtaları yenidən doldurmaq üçün nəğd pul yoxdur.

Pulsuz yemək

Pulsuz yemək

​Yunanıstan Avrozonanı tərk edər deyə narahatdırlar. Həm də ondan narahatdırlar ki, drahma ilə ticarət başlayar. Qəssablardan biri deyir:

“Drahma yaxşı deyil. Əgər biz pul vahidi kimi drahma istifadə edəcəyiksə bu qətiyyən yaxşı deyil, yaşamaq asan olmayacaq. Heç nə yaxşılığa doğru getməyəcək. Bu pulun dəyəri yoxdur. Drahma ilə biz lazım olan qədər ət ala bilməyəcəyik. Bizim məhsul aldığımız adamlar Avrodan istifadə edir”.

Yunanıstan ölkənin qida ehtiyacının yarısından çoxunu idxal hesabına ödəyir. Yerli fermerlər də bankların əməliyyatları dondurması ilə hələ də barışmırlar. Məhsullar ölkənin özündə yetişdirilsə də, fermerlər toxumların çoxunu xaricdən alır.

“Bir ayla heç nə olmaz. Ancaq təminat yoxdur ki, durum sabitləşəcək”.

PULSUZ YEMƏK ÜÇÜN NÖVBƏ UZANIR

Afinanın mərkəzindəki yeməkxanalarda insanlar pulsuz şorba üçün növbəyə durub.

Afinanın balıq bazarında müştəri gözləntisi

Afinanın balıq bazarında müştəri gözləntisi

Yunanıstanda işsizlik Avropa ölkələri ilə müqayisədə ən yüksək həddədir. 6 milyon insan yoxsulluq içində yaşayır. Pulsuz yemək arzusu ilə növbəyə duranların sayısa hər gün artır.

Yeməkxanaların birində könüllü işçi olan Socrates Mylonopoulos deyir:

“6 aydır burdayam. Növbəyə duran insanların sayında xeyli artım müşahidə edirəm. Hər halda ehtiyacları var ki gəlirlər. Onlar burda bir boşqab yemək ümidi ilə soyuqda da istidə də növbədə gözləyirlər. Ehtiyacaları olmasa niyə bura gəlsinlər ki?”

Yunanıstan Beynəlxalq Valyuta Fonduna 1,7 milyard dollarlıq kredit borcunu ödəmədiyindən defolt və avrozonadan çıxmaq təhlükəsi ilə üzləşib.

İyulun 5-də ölkədə keçirilən referendumda isə əhalinin böyük hissəsi beynəlxalq kreditorların təkliflərini rədd elədi.

Avropa liderləri Yunanıstanla bağlı yekun qərarı iyulun 12-dək verəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG