Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:16

-

"Roman Bakının və təhkiyəçinin yaşadığı gənclik çılğınlığını mükəmməl şəkildə ifadə edir."

Britaniyalı jurnalist, yazıçı, 2003-cü ildə yazdığı "Qara Bağ" kitabıyla tanınan Thomas de Waal 2000-ci ildə Avropanın ən tirajlı məqalə jurnalı olan "London Review of Books"-da "Əli və Nino" romanı haqda yazıb.

Oxu zalı məqalənin tərcüməsini təqdim edir.

Sinfə dolu silah gətirmək olmaz!

Bakıda, Xəzər dənizində neft istehsalı 19-cu əsrin sonlarında başladı və bir neçə ilin içində Bakı ABŞ-dan da çox neft hasil etməklə Rusiya İmperiyasının ən varlı şəhəri oldu.

İmmirqantlar bura axışmağa başladılar, 14 min 500 nəfər əhalisi olan, səhraya bənzəyən kiçik şəhər 1903-cü ildə 143 min sakini olan böyük şəhərə çevrildi.

Nobellər və Rotşildlər, minlərlə kasıb yəhudi də daxil olmaqla, gəlmələri bu şəhərdə Rusiyanın qalan hissəsində olmayan azadlıq cəlb edirdi.

Kasıb müsəlman fermerləri torpaqlarından neft tapılan kimi milyonerə çevrildilər.

Bunun ardınca yeni milyonçuların dəstəyilə kiçikmiqyaslı mədəni intibah baş verdi və 1907-ci ildə yeni Bakı teatrı qürurla “İslam Şərqinin ilk operası”nı, Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” əsərini nümayiş etdirdi.

Sanki Şərq və Qərb qısa müddətlik nikah ittifaqına girmişdi.

Həmin dövrün özünə-əminliyi hələ də mərkəzi Bakının arxitekturasında özünü göstərir:

Bir-birinin ardınca gələn Çarizm, Kommunizm və müstəqillik protokollarına müvafiq adlandırılmış bir küçədə Neoklassik eyvanlar və dayaq-divarlar İtaliyanın və Cənubi Fransanın orijinal binaları əsasında model verilmiş ecazkar, iri əhəng daşından binalara keçid edir.

Monte Karlodakı kazinonun surəti olan əzəmətli konsert zalı, Venesiya meydanında Müsəlman Xeyriyyə Cəmiyyəti, italyan kastellosu əsasında Toy sarayı.

Erkən dövrün neft milyonçularının, onların arvadlarının adlarının baş hərfləri evlərinin qapısı üzərindəki daşlara həkk olunub.

Bu bum bir nəsil davam etdi. Cır-cındırdan zənginliyə və yenə cır-cındıra - Hacı Zeynalabdin Tağıyevin hekayəsi arxetipik Bakı hekayəsidir.

Savadsız bir daşyonanın oğlu olan bu şəxs həyətindən neft fantan vurandan sonra komik şəkildə varlandı.

Şəhərin bu gün də istifadə olunan ilk teatrını, ilk dünyəvi qızlar məktəbini, ilk Müsəlman Xeyriyyə Cəmiyyətini və bazar pasajını tikdirdi. O, Bakının Fəxri Vətəndaşı oldu və şəninə mahnı bəstələdilər. Amma bu, əbədi deyilmiş.

Bakı neft sənayesinin gənc və enerjili təbliğatçısı Stalin üçün cənnət idi.

Şəhər zəhmətkeşləri, xüsusən də ruslar və ermənilər 1905-ci ildə tətil etdilər. 1918-20-ci illərdə Qırmızı Ordudan qabaq qısa müddətlik hakimiyyəti ələ keçirdilər, sonra isə Qırmızı Ordu bum şəhəri Bakını həmişəlik öz cənginə aldı.

1924-cü ildə Tağıyevin ölümündən sonra Sovet hakimiyyəti onun arvadını küçələrə atdı, qadın yoxsulluq içində öldü.

Qurban Səidin möhtəşəm “Əli və Nino” əsərində Zeynal ağa kimi çıxış edən zavallı qoca odur:

“Qalın göy damarlı nazik əlləri titrəyirdi.

Bu əllər öz sahibinin adını yaza bilməzdi, amma yetmiş milyon rublu idarə edirdi.”

“Əli və Nino”-nun şarm və cazibəsini anlamaq istəyənlər canlı təxəyyülü olan gənc bir oğlan üçün beş ildən bir genişlənən şəhərdə böyüməyin nə demək olduğunu təsəvvür etməlidirlər.

Əlinin ailəsi kifayət qədər zəngindir, amma daha böyük zənginliklə əhatə olunub.

Hər gün Nikolayevski küçəsilə məktəbə gedərkən o, kazakları, lotuları, fahişələri və ağ şax uniformalı rus məktəbli qızlarını görür; onların sinfində səkkiz millətdən olan şagird oxuyur; Rus İmperiyası dağılmaqdadır, amma onların sinif divarında Çarın portreti var.

“Əli və Nino” müəllifinin və qəhrəmanının uşaqlığı cap-canlıdır və sevgilə doludur. Əli Xan nüfuzlu fars ailəsindən olan, köhnə şəhərdə yaşayan gənc müsəlman oğlandır.

Roman Bakının və təhkiyəçinin yaşadığı gənclik çılğınlığını mükəmməl şəkildə ifadə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG