Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:30

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar davam etdirilir”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib ki, Azərbaycanın münaqişənin həllində mövqeyi bəllidir, biz Dağlıq Qarabağın statusunu kompromis kimi yalnız Azərbaycanın tərkibində müzakirə edə bilərik.

Elmar Məmmədyarov bildirib ki, Azərbaycanın mövqeyi çox konstruktivdir.

Ordu kənara çəkilməli, insanlar geri qayıtmalı, yollar açılmalı və bundan sonra əlaqələr bərpa edilməlidir.

“Həmsədrlər və Azərbaycan tərəfi bu istiqamətdə addımlar atır. Qalır Ermənistan, o da bunu qəbul etməlidir, gec-tez bu olacaq və buna heç şübhəm yoxdur”-deyə nazir vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG