Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:09

ATƏT parlament seçkisini müşahidə edəcək


Arxiv fotosu: 2013-cü ilin prezident seçkisini müşahidə edən ATƏT-in müşahidə missiyası yekun hesabatını açıqlayır.

Arxiv fotosu: 2013-cü ilin prezident seçkisini müşahidə edən ATƏT-in müşahidə missiyası yekun hesabatını açıqlayır.

.

ATƏT Parlament Assambleyasının müşahidə missiyasının noyabr ayında Azərbaycanda keçiriləcək seçkilərdə iştirakı ilə bağlı müsbət qərar verilib.

Bunu APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Azay Quliyev deyib.

Azay Quliyevin sözlərinə görə, Azərbaycan tərəfdən göndərilmiş dəvət məktubuna qurumun sessiyası çərçivəsində baxılıb və müsbət cavab verilib.

ATƏT PA-nın prezidentinə noyabrda Azərbaycanda keçiriləcək parlament seçkilərində qurumun müşahidə missiyasının iştirakı ilə bağlı dəvət məktubunu iyunun 18-də Milli Məclisin sədri Oqtay Əsədov yollamışdı.

ATƏT son illər Azərbaycanda keçirilən əksər seçkilərə müşahidəçi göndərib. Hər dəfə də yekun dəyərləndirilməsində seçkilərin demokratik normalara cavab vermədiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG