Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:13

Türkiyə polisi iyulun 10-da İslam Dövləti qrupunun üzvü olmaqda şübhəli bilinən 21 nəfəri həbs edib.

Anadolu agentliyinin məlumatına görə, onlar İstambul və Türkiyənin cənub sərhədləri də daqxil olmaqla bütün ölkə boyu keçirilən reydlər zamanı həbs olunub. Onlardan 3-ü xaricidir.

Milliyətləri açıqlanmayan xaricilər Suriyaya keçmək istəyirmişlər.

Reydlər zamanı həmçinin İslam Dövləti qrupuna məxsus sənədlər, elektron avadanlıqlar, hərbi forma, silah və sursat müsadirə edilib.

Türkiyə ABŞ və digər NATO ölkələrinin təzyiqilə, yaraqlıların Suriyaya keçməsinə qarşı mübarizəni gücləndirib.

Hazırda İraq və Suriyanın bir çox bölgələri İslam Dövləti qrupunun əlindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG