Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:46

İranın xarici işlər naziri Mohammad Javad Zarif Tehran və 6 dünya ölkəsi arasında aparılan danışıqların istirahət günlərində davam etdiriləcəyini deyir.

Zarif qeyd edib ki, bir sıra uğurlar əldə edilib, amma biz hələ ki, sona çatmamışıq və bunun bu gün baş verəcəyinə şübhə edirəm, görünür istirahər günlərini Vyanada keçirəcəyik.

Tərəflər iyulun 10-dək yekun saziş imzalamağa çalışırlar.

Söhbət İranın nüvə proqramını dormdurması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların aradan qaldırılmasından gedir.

Bu saziş hələ iyunun 30-da imzalanmalı idi, amma bugünədək müddət iki dəfə uzadılıb.

ABŞ Dövlət katibi John Kerry bu arada bəyan edib ki, əgər Tehranson sazişlə bağlı çətin qərarlar qəbul etmək üçün özündə güc tapmasa onunla dialoqa son qoyacaq.

“Biz qərarın qəbul olunmasının sonsuzluğa kimi gözləyə bilmərik. əgər çətin qərar qəbul olunmasa, biz danışıqlar prosesinə son qoyacayıq” – deyə dövlət katibi bildirib.

İran isə buna cavab olaraq ABŞ və avropalı müttəfiqləri psixoloji müharibə müharibəylə məşğul olmaq və vəziyyəti son dəqiqədə dəyişməkdə ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG