Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:18

Ukrayna prezidenti Petro Poroshenko ölkədə terror təhıükəsinin xeyli artdığını deyir.

O bunu iyulun 10-da baş nazirArseny Yatseniuk və daxili işlər naziri Arsen Avakovla görüşdə deyib.

Poroshenko münaqişə zonasından kənardakı regionlarda partizan hərəkatı və terror təhlükəsinin artdığını bildirib.

Poroshenko məsələyə ətraflı aydınlıq gətiməyib, amma münaqişə zonasından kənar regionlara silah keçirildiyini vurğulayıb.

Qeyd edək ki, Ukraynanın münaqişə zonasından kənar olan şəhər və qəsəbələrində onlarla kiçik terror aktları törədilib.

Təkcə bu ilin fevralında Xarkovda mitinq zamanı törədilən partlayışda 2 nəfər ölüb, azı 10 nəfər isə yaralanmışdı.

Kiyev bundan əvvəl də Rusiyanı terrorçuluqda, Ukraynanın şərqindəki separatçıları silahla təmin etmək və onlara təlim keçməkdə ittiham edib.

Moskva ittihamı rədd edir.

Bu ilin mayında Ukraynanın şərqində Rusiya xüsusi təyinatlı qüvvələrinin 2 əsgəri yaxalanıb.

Kiyev onları terrorçuluqda ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG