Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:37

İsrail səfirliyi önündə qarşıdurma [yenilənir]


İsrailin Azərbaycandakı səfirliyi qarşısında aksiya, 10 iyul, 2015
İsrailin Azərbaycandakı səfirliyi qarşısında aksiya, 10 iyul, 2015

.

Aksiyanın yuxarıdan görüntüsü. Fotonu oxucumuz göndərib.
Aksiyanın yuxarıdan görüntüsü. Fotonu oxucumuz göndərib.

Aksiyada saxlanan 4 nəfərin işi məhkəməyə göndərilir

İyulun 10-da Bakıdakı İsrail səfirliyinin qarşısında aksiya keçirməyə cəhd edərkən saxlanılanlardan 4 nəfərin işinə baxılması üçün məhkəməyə göndərilib.

Bu barədə islamazeri.az məlumat yayıb. Bildirilir ki, həmin 4 nəfər arasında Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov, sədrinin müavini Vüqar İbayevin də adı var.

Aksiyanın yuxarıdan görüntüsü. Fotonu oxucumuz göndərib.
Aksiyanın yuxarıdan görüntüsü. Fotonu oxucumuz göndərib.

Digər saxlanılan şəxslərin isə izahatı alınıb sərbəst buraxılacağı gözlənilir.

İsrail səfirliyi qarşısında aksiya Beynəlxalq Qüds Günü ilə əlaqədar keçirilib. Polis aksiyanın qarşısını alıb, 10 nəfərdən çox adam saxlanıb.

***

İsrail səfirliyi qarşısında etiraz aksiyası

İyulun 10-da Bakıdakı İsrail səfirliyinin qarşısında aksiya keçirilib.

Məlumatı islamazeri.az yayıb. Bildirilir ki, aksiyanı Azərbaycan İslam Partiyasının fəalları təşkil edib.

Polis aksiyanın qarşısını alıb.

10 nəfərdən çox saxlanılanın olduğu deyilir.

Məlumatda deyilir ki, təxminən 10 dəqiqədən çox davam edən aksiyada Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov, sədrinin müavinləri Akif Heydərli Vüqar İbayev saxlanılıb.

Saxlanılan digər şəxslərin kimlikləri barədə məlumat yoxdur.

Aksiya Beynəlxalq Qüds Günü ilə əlaqədar keçirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG