Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:06

«KİV-lər «Xəqani-33» ünvanından çıxarılsa, yerlə təmin olunacaqlar»


Əli Həsənov: «Xarici teleradioların hər birinin öz tezliyi olmalıdır»
Əli Həsənov: «Xarici teleradioların hər birinin öz tezliyi olmalıdır»

«Azadlıq» qəzeti və digər KİV qurumları «Xəqani-33» ünvanında yerləşən binadan çıxarılacaqları təqdirdə dövlətin imkanı var ki, onları yeni ofislə təmin etsin. Bu barədə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Şöbə müdirinin fikrincə, bu o demək deyil ki, bu gün ya sabah onlar oradan çıxarılacaqlar, əgər məhkəmə hökm çıxarsa onlar yerlə təmin olunacaqlar.


Əli Həsənov deyib ki, metronun «Nizami» stansiyasının yaxınlığındakı on altı mərtəbəli bina Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə verildiyindən orada yerləşən strukturlar da müvafiq yerlərlə təmin olunacaqlar.


Cənab Həsənov yanvar ayının 1-dən yerli teleradioların xarici teleradioları yayımlaması hüququnun dayandırılmasını dövlətin qərarı hesab edir: «Milli Teleradio Şurası bu qərarı verib. Xarici teleradiolara ayrılan tezlik yerli teleradiolara ayrılan tezliklə qarışdırılmamalıdır. Hər birini ayrıca tezliyi olmalıdır. Əgər kiməsə tezlik lazımdırsa, onu da dövlət təqdim etməyə hazırdır».


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi «Azadlıq» qəzetinin yerləşdiyi Xaqani küçəsindəki binanın boşaldılaraq bu quruma verilməsi barədə 1 Saylı İqtisad Məhkəməsində iddia qaldırıb. Buna etiraz edən siyasətçi, jurnalistlər və hüquq müdafiəçiləri «Azadlıq» qəzetinin redaksiyasında aclıq aksiyası keçirirlər. 1 Saylı İqtisad Məhkəməsi isə tərəflərə barışığa gəlmək üçün vaxt verib.



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG