Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:44

BRİCS ölkələrinin Ufa sammitində Ukrayna münaqişəsi ilə bağlı birgə bəyannamə qəbul edilib.

Sənəddə Ukraynanın şərqindəki bu münaqişədən dərin narahatlıq bildirilir.

Sənəd həmçinin hər iki tərəfi bu ilin Fevralında Minskdə əldə edilmiş atəşkəs sazişinə əməl etməyə çağırır.

Sammitdə İranın nüvə proqramı ətrafındakı vəziyyət müzakirə olunub.

Tərəflər Vyana danışıqlarının yekun sazişə aparacağına əminlik bildirilib.

Rusiya prezidenti Vladimir Putin sammit çərçivəsində İran prezidenti Hassan Rohani ilə görüşdə İranın Rusiyanın ənənəvi və etibarlı tərəfdaşı olduğunu bildirib.

İran əvvəllər BRİCS təşkilatına qoşulmağa maraq göstərib.

Bu təşkilata Braziliya, Rusiya,Hindistan, Çin və Cənubi Afrika daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG