Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:23

Bərdədə körpüdən asılmış meyit tapıldı


Bərdədə bir nəfərin Tərtər çayı üzərindəki körpüdən asılmış meyiti tapılıb.

Hadisənin iyulun 9-da baş verdiyi deyilir. Əlavə məlumat vermək istəməsə də, Bərdə prokurorluğu AzadlıqRadiosuna faktı təsdiqləyib.

Bərdə Rayon Polis Şöbəsindən isə ölkə.az-a verilən məlumata görə, intihar edən şəxs 1992-ci il təvəllüdlü rayon sakini Elşad Dadaşovdur. Polisdən bildirilib ki, mərhum ailəli olub, bir övladı var idi.

Elşad Dadaşovun meyiti Bərdə şəhərindəki Qəhrəmanlıq parkı adlanan ərazidə Tərtər çayı üzərindəki körpüdən asılmış vəziyyətdə tapılıb.

Faktla bağlı cinayət işi (Cinayət Məcəlləsinin 125-ci maddəsi-özünü öldürmə həddinə çatdırma) açılıb.

İlkin ehtimallara görə E.Dadaşov banka borcu olduğu üçün intihar edib. Onun ailəsini fəhləliklə dolandırdığı deyilir.

XS
SM
MD
LG