Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:40

Ukraynanın Luqansk vilayətində keçmiş azərbaycanlı deputat öldürülüb.

Luqansk vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, Naxçıvanda doğulan və Ukrayna vətəndaşı olan 60 yaşlı Əli Məhərrəmovun maşını ötən həftə Krasnıy Luç şəhəri yaxınlığında qumbaraatanla atəşə tutulub.

Maşın yandığından meyit tanınmaz hala düşüb.

Uzun müddətdir, Ukraynada yaşayan Əli Məhərrəmov Krasniy Luç ətrafında - yaşadığı kənddə dəfn edilib.

Əli Məhərrəmov 90-cı illərin əvvəllərində bir müddətə Luqansk Vilayət Şurasının deputatı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG