Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:04

Azərbaycanda hər 1000 kişiyə 1009 qadın düşür


Arxiv fotosu
Arxiv fotosu

.

ÖLKƏ ƏHALİSİNİN SAYI 10 MİLYON NƏFƏRƏ ÇATIR

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 43,3 nəfər və ya 0,5% artaraq, bu il iyun ayının 1-i vəziyyətinə 9 mln. 636,3 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən “APA-ya verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir. Əhalinin ümumi sayının 53,1%-i şəhər, 46,9 faizini isə kənd sakinləri təşkil edir.

QADINLAR KİŞİLƏRDƏN ÇOXDUR

Ölkə əhalisinin 49,8%-i kişilərdən, 50,2%-i qadınlardan ibarətdir. Əhalinin 22,4%-i 0-14 yaşda, 71,6 faizi 15-64 yaşda, 6,0 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1 000 nəfər kişiyə 1 009 nəfər qadın düşür.

Bu ilin ilk 5 ayı ərzində ölkədə hər gün orta hesabla 440 körpə doğulub, əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici 16,9 olub. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır. Körpələrin 1156-sı əkiz, 33-ü isə üçəm doğulub. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.

ÖLÜM AZALIR

Uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömür boyu orta hesabla 2,2 doğulmuş uşaq düşür və bu da ölkə üzrə əhalinin təkrar istehsalını təmin edir.

İlin əvvəlindən ölkədə 23,8 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı 6,3-dən 6-ya qədər azalıb.

XS
SM
MD
LG