Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:35

BMT Suriya münaqişəsi nəticəsində 4 milyondan çox adamın qaçqın düşdüyünü bildirir.

Onların 1 milyondan çoxu son 10 ay ərzində qaçqın düşüb.

BMT-nin qaçqınlar agentliyinin rəhbəri Antonio Guterres bunun 1992-ci il Əfqanıstan münaqişəsindən sonra ən böyük rəqəm olduğunu deyir.

Həmin vaxt Əfqanıstanda 4,6 miyon nəfər qaçqın düşmüşdü.

O bildirib ki, suriyalı qaçqınlara dünyanın dəstəyi lazımdır, onlar çox acınacaqlı şəraitdə, yoxsulluq içində yaşayırlar.

Bundan başqa Suriyanın daxilində 7,6 milyon nəfər hərbi əməliyyatlara görə ev-eşiyindən didərgin düşüb.

2011-ci ildən bu yana Suriya münaqişəsində ümumilikdə 230 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG