Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:27

“İranın nüvə proqramı ilə bağlı danışıqlar daha çətin mərhələyə çatıb”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov BRİCS ölkələrinin Ufada keçirilən sammiti çərçivəsində deyib.

Onun sözlərinə görə, İranla danışıqlar aparan 6 ölkə Tehranın yeni təklifi üzərində işləyirlər.

İran iyulun 8-də tərəflərə yeni konstruktiv təklif verdiyini bəyan edib.

Amma qərb rəsmiləri hələlik Tehrandan təzə heçnə eşitmədiklərini deyirlər.

ABŞ prezidenti Barack Obama isə iyulun 8-də deputatlarla qapalı iclasda iyulun 10-dək razılaşma əldə edilməsinə şansın 50 faiz olduğunu deyib.

Yekun sazişdə İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı sanksiyaların aradan qaldırılması nəzərdə tutulur.

Məlumatlara görə əsas mübahisələrdən biri İrana silah satışına qoyulmuş embarqo üstündədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG