Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:46

Disneyland “cənnət”ində işləməyin cəhənnəm əzabı


Çinin Şanxay şəhərində 6-cı Disneyland parkının açılış mərasimi

Çinin Şanxay şəhərində 6-cı Disneyland parkının açılış mərasimi

Deyirlər ki, Disneyland dünyanın “ən xoşbəxt iş yeridir”. Amma bu xoşbəxtlik elə belə verilmir.

-

Deyirlər ki, Disneyland dünyanın “ən xoşbəxt iş yeridir”. Los Ancelesdə doğulub böyüyənlərin ciblərində mütləq bu məkana illik giriş kartı var.

Bundan başqa Los Ancelesin hər bir sakini Disneylandda işləyən azı bir nəfərlə tanışdır. Lakin bu “məşğullq cənnəti”ndə olmağın ağır bədəli var. Disneyland işçiləri üçün qaydalarla tanış olandan sonra bəziləri buranı cənnət yox, məhbəs də adlandıra bilərlər.

Bu qaydalardan biri belədir ki, Disneyland işçisi haranı isə göstərmək üçün bir barmağından istifadə edə bilməz. O ya iki barmağından, ya da bütün barmaqlarından istifadə etməlidir.

"Bilmirəm" kəlməsi yoxdur

Disneyland işçisi haranı isə göstərmək üçün bir barmağından istifadə edə bilməz.

Disneyland işçisi üçün “bilmirəm” kəlməsi yoxdur. Əgər ona verilmiş sualın cavabını bilmirsə, işçi operatora zəng edib cavabı öyrənmməli, müştərini razı salmalıdır.

Hər bir işçi gördüyü zibili yerdən qaldırıb zibil yeşiyinə atmalıdır. Üstəlik bu zaman zibili sadəcə götürmək olmaz. Onu süpürüb xəkəndaza saldıqdan sonra atmaq olar.

Bir də Disneyland işçisi internetdə və sosial şəbəkələrdə şirkətdəki rolu barədə məlumat verə bilməz.

Bunlar“cənnət” qaydalarından yalnız bəziləridir.

Qalanları bunlar kimi həm qəribə, həm də sərtdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG