Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:04

-

İyulun 8-də Malayziya BMT-də qətnamə layihəsi yayıb. Məqsəd Ukrayna səmasında vurulmuş MH17 təyyarəsi il müstəqil istintaq aparacaq beynəlxalq tribunal yaratmaqdır.

Rusiya bu addıma qarşı çıxır.

“İnsidentlə bağlı təhqiqat bitmədiyi üçün Rusiya tribunal yaradılması ideyasına qarşı çıxır,” Rusiya xarici işlər nazirinin müavini Gennady Gatilov iyulun 8-də tvitterdə yazıb.

Niderlandın apardığı beynəlxalq təhqiqat oktyabradək nəticələri açıqlamayacaq. Ancaq prokurorlar belə bir versiyaya inanırlar ki, Ukraynanın şərqində rusiyapərəst separatçılar təyyarəni Rusiyanın verdiyi yer-hava tipli raketlə vurub.

Rusiya insidentə hər hansı bağlılığı inkar edir, özü də ayrıca təhqiqat aparır.

Hadisə zamanı 300 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG