Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:19

«Səfirlik Azərbaycanda çevriliş hazırlamır»


Robert Cekuta Musavat Partiyasının başqanı ilə görüşür (arxiv fotosu)

Robert Cekuta Musavat Partiyasının başqanı ilə görüşür (arxiv fotosu)

-
İyulun 7-də ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb ki, səfir Robert Cekuta Yeni Azərbaycan Partiyası, Xalq Cəbhəsi və Musavat partiyalarıda daxil olmaqla, müxtəlif siyasi partiyalar nümayəndələri ilə görüşərək onların fikirlərini dinləyib: «Sözügedən görüşlər Səfirin Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin təmsilçiləri ilə görüşmək və onların fikirləri ilə tanış olmaq niyyətinin bir hissəsidir və bu görüşlər barədə məlumat ictimayyətə öncədən çatdırılıb».
Səfirlik bildirir ki, cənab Cekuta Azərbaycan hökumətinin yüksək rütbəli təmsilçilərilə də görüşlər keçirir: «ABŞ səfirliyi Azərbaycanda çevriliş hazırlamır. Səfirlik ölkədə nə hər hansısa partiyanı təlimatlandırır, nə də partiyaları maliyyələşdirir. Bu sırada olan istənilən şayiələr ABŞ-ın Azərbaycanın sabitliyinə, firavanlığına və müstəqilliyinə illər boyu verdiyi mühüm dəstəyə və əməkdaşlığa qarşı ədalətsizlikdir», -deyə səfirliyin açıqlamasında bildirilir.
Bir neçə aydır ki, Azərbaycanda hakimiyyətə mənsub dairələrdə anti-Amerika təbliğatı aparılır, ABŞ siyasi rəhbərliyi tənqid edilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG