Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:16

-

APA-nın xəbərinə görə, Göyçay şəhəri Sabir küçəsi 16 saylı ünvanda yaşayan, 1961-ci il təvəllüdlü Məmmədov Mehman gecə saatlarında xəstəxananın həyətindəki su hovuzuna düşüb. Güman edilir ki, o, köməksiz vəziyyətdə qaldığından boğulub.

Göyçay MRX-da və Bioloji Təbabət Klinikasının Göyçay filialında həkim rentgenoloq işləyən Mehman Məmmədovun meyiti iyulun 9-da səhər saat 9:00 radələrində tapılıb.

Meyit hazırda Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsində müayinə edilir.

Suda boğulan həkimin üzərində ilkin yoxlama zamanı zorakılıq əlamətləri aşkar edilməyib.

İki uşaq atası olan, 20 ildən çoxdur, Göyçay MRX-da həkim işləyən Mehman Məmmədovun ölümünün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG