Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:55

-

Azərbaycanın Müdafiə Nazirliyi İtaliyanın Hacking Team kiber-nəzarət şirkətindən xüsusi proqram alıb. Məlumatı Cinayətlərin və Korrupsiyanın Araşdırılması layihəsi –­ OCCRP iyulun 8-də yayıb.

Əslində xəbər bir neçə gündür- Hacking Team özü haker hücumuna məruz qalandan, məxfi sənədləri üzə çıxandan sonra yayılıb. İndi isə OCCRP nazirliyin adı keçən sənədin surətini yayıb. Sənəddən görünür ki, Müdafiə Nazirliyi 2013-cü ildə şirkətdən Məsafədən İdarəetmə Sistemi (RCS) casusluq-nəzarət proqramını 320 min avroluq ilkin ödənişlə alıb. Alış-veriş Kaliforniyada yerləşən Horizon Global Group vasitəsilə həyata keçirilib. 2014-2015-ci illərdə illik saxlama xərcləri üçün 16 min avro ödənib.

Hacking Team-dən məsələyə münasibət almaq mümkün olmayıb. Ancaq OCCRP bildirir ki, şirkət daha öncə “repressiv rejimlərə” məhsullarını satmadığını, insan haqlarına dair xüsusi müştəri siyasəti olduğunu bəyan edib.

Hacking Team-in sənədlərindən o da görünür ki, Horizon 2013-cü il martın 10-da 130 min avro, 2013-cü il mayın 30-da 190 min avro ödənişlər edib. Bu ödənişlər və tarixlər Azərbaycan hökuməti tərəfindən edilən ödənişlər ilə üst-üstə düşür.

Özünü “etik haker” şirkəti adlandıran Hacking Team 2008-ci ildə deyirdi ki, RCS proqramı “şəxsi kompüter… və ya smartfondan istənilən hərəkəti” gizlicə qeydə ala bilir.

RCS proqramı geniş yayılıb, bir sıra ölkələrdə istifadə olunub. Ancaq yalnız Sudan, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya və Türkiyədə bu proqram yararlanaraq bəzi hüquq pozuntularına yol verildiyi qeydə alınıb.

Daha öncə Hacking Team-lə əməkdaşlıqda Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) adı çəkilib. Belə ki, ingiliscə olan sənəddə “Azerbaijan Ministry of National Defence” – “Azərbaycan Milli Müdafiə Nazirliyi” yazılıb. MTN bu məlumatları yalan adlandırıb.

Müdafiə Nazirliyi isə hələlik məsələyə münasibət bildirməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG