Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:38

-

ABŞ Prezidenti Barack Obama deyir ki, İranla nüvə sazişi yalnız 50 faiz mümkündür. Prezident bu fikri iyulun 8-də Senat demokratları Ağ Evdə keçirilən qapalı görüşdə səsləndirib.

Senator Chris Coons-un sözlərinə görə, Obama iranlıların Birləşmiş Ştatlar və Avropa müttəfiqlərinin irəli sürdüyü sərt şərtlərdən bəzilərinə razılaşacağından əmin deyil. Bu səbəbdən saziş “ən yaxşı halda 50-50-yə mümkündür”.

Obama deyib ki, onun fikrincə, onun sazişi imzalaması üçün İran hərbi sahələr də daxil olmaqla, bütün obyektlərinin təftişinə icazə verməlidir. Bu məlumatı Senatın Xarici Əlaqələr Komitəsinin aparıcı üzvü olan Demokrat Ben Cardin verib.

“Obama sazişin əldə olunub-olunmayacağını bilmir, ancaq deyir ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almayan sazişi irəli aparmayacaq,” Cardin söyləyib.

Konqresmenlərin sözlərinə görə, Obama vurğulayıb ki, bu həftə sazişi imzalamağa tələsməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG