Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:28

“Böyük enerji layihələrinin həyata keçirilməsində siyasi dəstək çox önəmlidir”.

Turanın məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev iyulun 8-də ABŞ-ın Bakıdakı səfiri Robert Cekyuta ilə görüşdə bildirib.

Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Natiq Əliyev qeyd edib ki, “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi üzrə işlər qrafik üzrə gedir və Azərbaycan energetika layihələri üzrə bütün öhdəliklərini yerinə yetirir.

TAP layihəsinin (Transadriatik qaz kəməri) həyata keçirilməsi çərçivəsində yaranmış problemlərə toxunan Əliyev ABŞ-ın bu məsələdə mövqeyini yüksək qiymətləndirib.

“Bakı-Tbilisi-Ceyhan nümunəsi təsdiq etdi ki, böyük enerji layihələrinin həyata keçirilməsində siyasi mövqe əhəmiyyətlidir. “Cənub Qaz Dəhlizi” və onun bir hissəsi olan TAP-ın həyata keçirilməsində də bu dəstək vacibdir”, deyə Natiq Əliyev bildirib.

Öz növbəsində Cekyuta Azərbaycan qazının hasilatı və nəqlində Vaşinqtonun dəstəyini vəd edib.

Görüşdə həmçinin yunanıstandakı hadisələrin enerji layihələri, dünyada neftin qiyməti, Transxəzər boru kəməri və “Türk Axını” qaz kəmərinə təsiri ətrafında fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG