Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:38

Almaniyanın kansleri Angela Merkel Avropa Birliyinə qoşulmağa çalışan 3 Balkan ölkəsinə səfəri çərçivəsində Albaniyaya gedib.

O Tiranada baş nazir Edi Rama və prezident Bujar Nishani ilə görüşəcək.

2014-cü ildən NATO-ya qoşulan Albaniya, həmçinin Avropa Birliyinə üzvlüyə namizəddir.

Albaniya liderləri çox güman ki, tam üzvlüklə bağlı kanslerə təzyiq etməyə çalışacaq.

Öz növbəsində Merkel Albaniyadan cinayətkarlıq və korrupsiyaya qarşı tədbirlərin gücləndirilməsini tələb edəcək.

Merkel iyulun 8-də Albaniyadan Serbiyaya, 9-da isə Bosniya-Herseqovinaya gedəcək.

Ehtimallara görə Merkel Serbiyaya deyəcək ki, Kosovo və Bosniya ilə münasibətləri yaxşılaşdırmayınca Avropa Birliyinə qoşula bilməyəcək.

Merkelin həmçinin Bosniyanı sosial-iqtisadi islahatlara başlamağa çağıracağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG