Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:32

İraq məhkəməsi İslam Dövləti qrupunun 24 üzvünü asılmaqla ölümə məhkum edib.

Onlar 2014-cü ildə Tikrit ətrafında İraq hərbi hava qüvvələrinin 1700 kursantının qətlində ittiham olunurdular.

İraq Ali Məhkəmə Şurasının sözçüsü Abdul-Sattar al-Birqdar 4 nəfərin bəraət aldıqğını bildirir.

Bağdad məhkəməsi bu kütləvi qətlə görə, 603 yaraqlıya qarşı ittiham irəli sürüb.

600 şübhəli isə hazırda axtarışdadır.

Bu kütləvi qətl islamçı yaraqlılarSəlahəddin əyalətindəki hərbi akademiyanı ələ keçirdikdən sonra törədilib və qurbanların əksəriyyəti şiələrdir.

Tikrit yaraqlılardan alındıqdan sonra qəbirlər açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG