Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:12

-

Özbəkistan əyalətlərində əhalini ənənəvi İslamdan fərqli təriqətlərdən, eləcə də “İslam dövləti” qruplaşmasından qorumaq üçün ağsaqqallara və məhəllə fəallarına xüsusi təlimlər keçiləcək.

Bu treninqlərdə ağsaqqallara və məhəllə fəallarına xaricə gedənlərlə profilaktik iş aparılması öyrədilir.

Hələlik “Bizim fikir – bizim müdafiədir” adlı təlimlər “Məhəllə” xeyriyyə fondunun və şəhər, rayon icra hakimiyyətlərinin vasitəçiliyi ilə ölkənin bir neçə regionunda keçirilir.

Təlimlərdən biri iyunun 29-dan iyulun 4-dək Daşkənddə baş tutub. Təlimdə ağsaqqallara və məhəllə fəallarına dini ekstremizmlə mübarizə yolları öyrədilib. Bir həftəlik təlimlərdə onlara Özbəkistanın hüdudlarından kənara qısa və ya uzun müddətli səfər edənlərlə işləmək üçün praktiki məşğələlər də keçilib.

"Onlar məhəllələrində kimin hara və nə müddətə getdiyini bilirlər. Onlar demək olar ki, hər şeyi bilirlər. İndi hökumət onlara ekstremizmlə mübarizə aparmağı öyrədir. Sonra onlar aldıqları bilgiləri yerlərdə tətbiq edəcəklər. İndi əsas güc təbliğata verilib."

Bunu AzadlıqRadiosunun özbək xidmətinə “Məhəllə” xeyriyyə fondunun, adının çəkilməsini istəməyən üzvü deyir. O bildirir ki, təlimlərdən sonra iştirakçılara sertifikat verilir. Bu sertifikat onlara öz məhəllələrində və qonşuluqdakı məhəllələrdə maarifləndirmə işi aparmağa imkan verir:

Son iki ildə məhəllə icmaları hüquq-mühafizə və xüsusi xidmət orqanlarının “sağ əlinə” çeviriliblər.

"Təlim vaxtı onlara bu gün fəaliyyətdə olan ekstremist dəstələr haqda, misal üçün "İslam dövləti" haqda məlumat verilir, adamların bu dəstələrə necə qoşulduqları başa salınır. Məhəllə fəallarına və ağsaqqallara bu cür adamları tanımaq və geri qaytarmaq yolları öyrədilir.

Özbəkistanda 9 804 özünüidarə icması var, onlardan 8 163-ü məhəllədir. Son iki ildə məhəllə icmaları hüquq-mühafizə və xüsusi xidmət orqanlarının “sağ əlinə” çeviriliblər. Ağsaqqallar və məhəllə fəalları vətəndaşlara nəzarəti, yeni gələnlərin qeydiyyata düşüb-düşməmələrini, onların izlənməsini həyata keçirirlər. Daha sonra bu məlumatları xüsusi orqanlara ötürürlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG