Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:36

Yunanıstanın baş naziri Aleksis Tsipras iyulun 9-da avrozona ölkələrinə iqtisadi islahatlarla bağlı konkret təklif verəcəyini deyir.

Avropanın iqtisadi məsələlər üzrə komissarı Pierre Moscovici bundan bir neçə saat əvvəl bildirib ki, Brüssel avrozonada qalmaq üçün hələ də Afinadan hərtərəfli islahatlar gözləyir.

O bildirib ki, Fransa ilə Almaniya Tsiprası inandırmalıdırlar ki, Afinaya krediti açmaq və defoltun qarşısını almaq üçün islahatlar planı təqdim etməlidir.

Avrozona ölkələri yeni təklif vermək üçün Yunanıstana iyulun 12-dək vaxt veriblər.

Avropa Şurasının sədri Donald Tusk ilyulun 8-də xəbərdarlıq edib ki, əgər iyulun 12-də Brüsssel sammitinədək razılıq əldə olunmasa Yunanıstan müflis ola bilər və Avropa Birliyinin gələcəyi sual altında qala bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG