Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:15

-

ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) rəsmi nəşrləri olan "National Geographic" və "National Geographic Traveler" jurnallarının fotoqraf və jurnalistlərinin 18 nəfərdən ibarət nümayəndə heyətinin Azərbaycana info-turu başlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, info- tur bu qurumun və "National Geographic Azerbaijan" dərgisinin birgə təşkilatçılığı ilə baş tutub.

İnfo-turun keçirilməsində məqsəd xarici jurnalistləri ölkənin zəngin maddi-mənəvi mədəniyyəti, əsrarəngiz təbiəti ilə yaxından tanış etmək, onların Azərbaycan barədə bilgisini artırmaqdır. Tədbirə Hindistan, İran, Koreya, İsrail, Çin, Gürcüstan, Belarus və Rusiyadan iştirakçılar qatılıb.

2 info-tur (6-13 iyul və 15-23 iyul) çərçivəsində iştirakçılar İçərişəhər, Şirvanşahlar Sarayı, Qız Qalası, Mərdəkan Qalası, Atəşgah məbədi, Yanardağ və s. tarix mədəniyyət abidələrini ziyarət edəcəklər. İnf-tur iştirakçıları Şamaxı, İsmayıllı, Qəbələ, Şəki istiqamətində hərəkət edərək müxtəlif tarixi abidələri, eləcə də, Şamaxıda Cümə Məscidini və Şəkidə Xan Sarayını ziyarət edəcəklər. Sonda qonaqlar Gəncədə Xan Bağı və Cümə Məscidi ilə tanış olaraq, Mingəçevirə, daha sonra Naftalana səfər edəcəklər.

İştirakçılar eyni zamanda Naftalan müalicəvi nefti ilə yerində tanış olmaq imkanı qazanacaqlar.

XS
SM
MD
LG