Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:17

AXCP-dən istefa verdiyini bildirdi


Əbülfəz Qurbanlı
Əbülfəz Qurbanlı

AXCP sədrinin müavini Əbülfəz Qurbanlı partiyadan istefa verdiyini bildirib.
Bu haqda o sosial şəbəkədə məlumat verib.

Əbülfəz Qurbanlı yazır ki, “düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi- ali məqsəd üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var. Bundan sonra davam edənlərə uğur arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım, məhbəsdəki dostlarım- haqqı üçün savaşdığım xalqımız məni bağışlasın”.

Xəbəri dəqiqləşdirmək üçün onunla telefon əlaqəsə saxladıq. Ancaq telefona cavab vermədi.

XS
SM
MD
LG