Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:15

.

Səhiyyə Nazirliyi apardığı yoxlamalar nəticəsində 6 özəl tibb müəssisəsinin fəaliyyətini dayandırıb:

"VİP Dental" MMC,

"Loğman Klinikası" MMC,

"İnvitro" MMC,

"Starmed" MMC,

"Faiq-96" Müəssisəsi,

"Nihat Klinikası" MMC

3 özəl tibb müəssisəsinə ("Zaman Tibb Mərkəzi" MMC, "Assmed" MMC, "Medservis" Özəl Tibb Mərkəzi) verilmiş xüsusi razılığın (lisenziyanın) əlavəsindən stasionar xidmət tam çıxarılaraq yalnız poliklinik xidmət saxlanıb.

Xəbəri iyulun 8-də Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda deyiliri ki, lisenziya olmadan və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə 28 özəl tibb müəssisələri və tibbi xidmət göstərən fiziki şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 64.1-ci və 65-3.1-ci maddələrinə uyğun olaraq cərimə tətbiq edilib.

Nazirlik bildirir ki, yoxlamalar tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçündür.

Amma bağlanan və cəzalandırılan tibb müəssisələrinə Nazirliyinin iradlarının mahiyyəti haqqında rəsmi məlumatda bir söz deyilmir. Adı çəkilən tibb müəssisələrinin də Nazirliyinin qərarı ilə bağlı hər hansı reaksiyası hələlik səslənməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG