Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:13

Yüksək rütbəli İran rəsmisi Tehranın nüvə danışıqlarındakı fikir ayrılıqları ilə bağlı konstruktiv təklif verdiyini deyir.

Bu barədə İSNA agentliyi iyulun 8-də adı çəkilməyən diplomata istinadla xəbər verir.

İranla 6 aparıcı dünya ölkəsi yekun nüvə sazişi ilə bağlı danışıqları iyulun 10-dək uzatmaq razılığına gəliblər.

Saziş iyunun 30-da imzalanmalı idi.

Əsas mübahisə İrana silah göndərilməsinə qoyulmuş embarqo üzərindədir.

Rusiya ilə Çin bu embarqonun götürülməsinin tərəfdarıdır.

Yekun sazişdə İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması nəzərdə tutulur.

İran xarici işlər nazirinin müavini Abbas Araghchi bildirib ki, razılaşmaya yalnız bütün sanksiyalar eyni vaxtda götürüləcəyi halda getmək olar:”Qərb ölkələri yekun saziş istəyirsə, sanksiyalardan imtina etməyə hazır olmalıdırlar”.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.

Tehran ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG