Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:32

Fransızlar Tovuzda qazıntılar aparır


.

Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya Tovuz arxeoloji ekspedisiyası araşdırmalarının yekun mərhələsinə - yeni çöl tədqiqatlarına başlayıb.

Araşdırmaları Azərbaycan–Fransa beynəlxalq arxeoloji ekspedisiyası keçirir.

Bu barədə Milli Elmlər Akademiyasının saytında yayılan xəbərdə deyilir:

“Bizim eradan əvvəl VI minilliyə aid olan Menteş qədim yaşayış yerini tədqiq edən Azərbaycan və Fransa arxeoloqlarının birgə ekspedisiyası 8 il ərzində fəaliyyət göstərib. Fransa tərəfindən ekspedisiyanın həmrəhbəri, professor Bertille Lyonnet və antropologiya, geomorfologiya və mikromorfologiya, restavrasiya, trassologiya və digər ixtisaslar üzrə daha 12 fransalı mütəxəssisdən ibarət ekspedisiyanın cari araşdırma mövsümü isə tədqiqatların son mərhələsi olacaq”.

Gələn il aparılan arxeoloji araşdırmaların nəticələrinə həsr olunan elmi monoqrafiyanın çap olunması nəzərdə tutulub.

Tovuz arxeoloji ekspedisiyası bölgədə tədqiqatlarını növbəti illərdə Göytəpə və Hacıəlləmxanlı kimi neolit dövrü qədim yaşayış yerlərində Tokio Universitetinin arxeoloqları ilə birgə davam etdirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG