Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:09

Azərbaycanlı uşaq beynəlxalq festivalın qalibidir


Rəfail Cəfarov, Balaton Beynəlxalq Gənclik İncəsənət Festivalının qalibi

Rəfail Cəfarov, Balaton Beynəlxalq Gənclik İncəsənət Festivalının qalibi

-

Macarıstanın Balatonfüred şəhərində 4-8 iyul tarixlərində XV Balaton Beynəlxalq Gənclik İncəsənət Festivalı keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, festivalda ölkəni təmsil edən Rəfail Cəfərov vokal ifaçılığı üzrə qızıl medala layiq görülüb.

Rəfail Cəfərov Tofiq Quliyev adına 12 saylı musiqi məktəbinin III sinif şagirdidir.

Xəbərdə deyilir ki, tədbir çərçivəsində vokal ifaçılıq, xoreoqrafiya, instrumental musiqi, akrobatika, aktyorluq, kinematoqrafiya, rəssamlıq, fotoqrafiya sahələri üzrə nominasiyalar nəzərdə tutulub.

Qaliblər Macarıstanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilib və mükafatlandırılıb.

Bu qələbə Rəfail Cəfərovun yeganə uğuru deyil. O, iyunun 26-da San-Marino şəhərində gənclər arasında keçirilən incəsənət festivalında da qran-priyə layiq görülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG