Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:49

Tamaşaçılar Teatrı məhkəməyə veriblər


Berlində bir qadın Richard Wagner-in şəklini aparır

Berlində bir qadın Richard Wagner-in şəklini aparır

-

BAŞQA CÜR "TANHAUSER"

Rusiyada tamaşaçılar Novossibirsk Dövlət Akademik Teatrını məhkəməyə veriblər.

Onlar teatrdan R.Wagner-in “Tanhauser” operasının “doğru” versiyasını göstərməyi tələb edirlər.

İddianı izah edən vəkil İnessa Ryabinina deyib ki, tamaşaçılar “Tanhauser” tamaşasına bilet alıblar, amma faktiki olaraq onlara operanın orijinal süjeti ilə üst-üstə düşməyən süjet və surətlər göstərilib. Onların istehlakçı hüquqları pozulub.

Rejissor Timofey Kulyabin Wagner-in həmin operasını müasirliyə uyğunlaşdırıb, cəngavər Henry Tanhauseri kinorejissor kimi canlandırıb.

Əvvəlcədən tamaşaçılara operanın orijinalının yox, yeniləşdirilmiş və dəyişdirilmiş versiyasının göstəriləcəyini deyən olmayıb.

Yeni quruluşlu tamaşanın və yaradıcılıq azadlığının müdafiəsinə bir sıra dirijorlar, kinorejissorlar və teatrların bədii rəhbərləri qoşulub.

Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG