Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:37

Nəsiminin şeirləri Topqapı Sarayında


Nasimi manuscript from Topgapy, Istanbul.

Nasimi manuscript from Topgapy, Istanbul.

-
AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli İstanbulun Topqapı Saray Muzeyi ilə danışıqlar aparıb. Əldə edilən razılığa görə, institutun əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin müdiri Nigar Babaxanlı İstanbulda elmi ezamiyyətdə olub. Burada saxlanan eksponatlar üzərində araşdırma aparıb. Eksponatları içərisində Fateh albomundakı miniatür sənəti və xəttatlıq nümunələri sənətkarlıq baxımından yüksək dəyəri ilə seçilir.

AMEA-nın saytının yaydığı məlumata görə, bu əsərlərin müəllifləri arasında Türkiyə, İran və Orta Asiya nümayəndələrinin adlarına rast gəlmək mümkündür. Bunlardan Sultan Əli Yəqubi, Əbdürrəhim Xarəzmi, Şeyx Mahmud Hərəvi, Ustaq Məhəmməd Siyahqələm və başqalarını göstərmək olar. Xəttatlar Şeyx Kəmaləddin İsfahani, Əbdürrəhman Cami və İmadəddin Nəsiminin şeirlərini yüksək sənətkarlıqla köçürüblər.

Məlumatda deyilir ki, naməlum xəttat Nəsiminin şeirlərini gözəl nəstəliq xətti ilə yazıb.

«Orta əsrlərdə Yaxın və Orta Şərqdə tərtib edilmiş albomlarda İmadəddin Nəsiminin şeirlərinə indiyə qədər rast gəlinməyib. Buna görə Fateh albomundakı tapıntı böyük maraq kəsb edir. Albomun səhifələrindən birinin sağ tərəfində iki dərvişin boyalı miniatür rəsmi çəkilib. Onlardan biri əlində əsa tutub. Dərvişlər öz aralarında söhbət edirlər. Bu rəsmin altında Nəsiminin iki şeiri köçürülüb. Onlardan 7 beytdən ibarət birincisi tam, 3 beytdən ibarət ikincisi natamamdır. Görünür səhifədə ikinci şeirə yer çatmadığından onu sonadək köçürmək mümkün olmayıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG