Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:35

Əfqanıstan hökuməti ilə taliban danışır


İyulun 7-də Kabildə NATO qüvvələrinə hücum olub

İyulun 7-də Kabildə NATO qüvvələrinə hücum olub

-

Pakistan hökuməti bildirir ki, iyulun 7-də Əfqanıstan hökuməti ilə əfqan taliban təmsilçilərinin görüşü razılıqla bitib. Tərəflər sülh və barışığa yönəlik danışıqları davam etdirməyə razılaşıblar.

Görüşə Pakistan Xarici İşlər Nazirliyi ev sahibliyi edib. Nazirlik iyulun 8-də yaydığı bəyanatda bildirir ki, tərəflər “regionda davamlı sülh naminə hər bir tərəfin prosesə səmimiyyət və tam sadiqliklə yanaşmasının” vacibliyinə razılaşıblar.

İslamabadda keçirilən danışıqlara Əfqanıstan xarici işlər nazirinin müavini Hekmat Khalil Karzai və taliban təmsilçisi Mullah Jalil qatılıb. Çin və Birləşmiş Ştatların təmsilçiləri də iştirak ediblər.

Əfqan rəsmiləri ilə talibanın daha öncəki görüşlərində konkret irəliləyiş qeyd alınmayıb. Bu arada ölkədə talibanın hücumları da vüsət alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG