Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:55

Malala-dan təhsil çağırışı


Malala Yousafzai Oslo sammitində çıxış edir

Malala Yousafzai Oslo sammitində çıxış edir

-

Nobel Sülh Mükafatı laureatı Malala Yousafzai iyulun 7-də dünya liderlərini çağırıb ki, dünyadakı bütün uşaqların pulsuz təhsilə çıxışını maliyyələşdirmək üçün “hərbi xərclər 8 günlüyə kəsilsin”.

Laureatın qeyri-kommersiya qrupu olan Malala Fondunun araşdırmasına görə, hər il məktəb xərclərinin ödənməsinə 39 milyard dollar lazımdır. Osloda BMT-nin təhsil sammitinə danışan Malala iyulun 7-də deyib ki, 39 milyard təkcə 8 gün ərzində hərbi xərclərə gedir.

İyulun 12-də Malala-nın 18 yaşı tamam olur. O, iyunda Dünya Bankının prezidenti Jim Yong Kim-lə görüşüb, bu ilin sonuna elan ediləcək “Davamlı İnkişaf Məqsədləri” rəsmi paketini müzakirə edib.

Malala iyulun 7-də deyib ki, “orta təhsil də bu məqsədlər sırasındadır və təmin olunacaq”.

XS
SM
MD
LG