Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:53

Yunanıstana iyulun 12-dək vaxt verildi


Belçika danışıqları, 7 iyul, 2015-ci il

Belçika danışıqları, 7 iyul, 2015-ci il

-

Avropanın qəzəbli liderləri Yunanıstanın baş nazirinə islahatları təqdim etmək üçün iyulun 12-dək vaxt veriblər. İyulun 7-də keçirilən görüşdə Alexis Tsipras ölkəsini maliyyə böhranından xilas edə biləcək islahat planını təqdim edə bilməyib.

Avropa Birliyinin prezidenti Donald Tusk birliyin 28 liderini Brüssel görüşündə iştiraka çağırmışdı, “ola bilsin tariximizdə ən kritik məqamdır” demişdi.

“Bu, təkcə Yunanıstanın problemi deyil, Avropa Birliyinin gələcəyidir,” Fransa prezidenti Francois Hollande deyib.

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker isə xəbərdarlıq edib ki, detallı hazırlanmış ssenari mövcuddur, yəni Yunanıstan avrozonadan çıxarıla bilər.

“Daha həftələr barədə danışmırıq, bir neçə günün söhbətini edirik,” Almaniya kansleri Angela Merkel deyib.

Yunanıstan bu günlərdə Beynəlxalq Valyuta Fonduna 1,7 milyard dollarlıq kredit borcunu ödəmədiyindən defolt və avrozonadan çıxmaq təhlükəsi ilə üzləşib.

İyulun 5-də ölkədə keçirilən referendumda isə əhalinin böyük əksəriyyəti beynəlxalq kreditorların təkliflərini rədd elədi və bu vəziyyəti daha da qəlizləşdirdi.

XS
SM
MD
LG