Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:35

Rusiya serblərə vədinə əməl edir


Serebrenitsa qırğınını anım aksiyası

Serebrenitsa qırğınını anım aksiyası

-

Rusiya Serbiyaya və Bosniya serblərinə verdiyi vədə əməl edərək BMT-nin 1995-ci il Serebrenitsa (Srebrenica) qırğınını faciə kimi pisləyən qətnaməsinin qarşısını alacağını deyir. Serbiyanın baş naziri də söyləyib ki, faciənin anım tədbirinə gedəcək.

Aleksandar Vucic iyulun 7-də Belqradda mətbuat konfransında deyib ki, iyulun 11-də Serebrenitsa faciəsinin 20 illik tədbirlərinə gedəcək. Daha öncə o, BMT-nin Təhlükəsizlik Şurasının üzvləri Rusiya və Çindən təminat alıb ki, Serbiya və Serb Respublikasını “alçaldan” qətnamə layihəsinin qəbuluna imkan verməyəcəklər.

“Tədbirə fəxrlə gedəcəyəm, cinayət törətmiş fərdləri etiraf etməyə qadir Serbiyanı təmsil edəcəyəm... Bunu özümüzün naminə etməliyik,” Vucic deyib.

1995-ci ildə Bosniyada 8 min müsəlman kişi kütləvi qətlə yetirilib.

“Bu adamların adları var. Bu dəhşətli cinayətlərin hər birini pisləyirik və cinayətkarların hər birini mühakimə edəcəyik,” Vucic deyib. “Barışığa hazır olduğumuzu, digər xalqların qurbanları qarşısında baş əyməyə hazır olduğumuzu göstərməyin vaxtıdır”.

Ancaq Vucic onu da deyib ki, “kollektiv günah deyilən şey yoxdur”. Vucic mətbuat konfransında Rusiya və Çinə BMT qətnaməsinin qarşısını aldıqlarına görə təşəkkür edib.

BMT-nin Təhlükəsizlik Şurası iyulun 7-də Serebrenitsa qırğınının 20 illiyi və bu faciənin soyqırım kimi tanınması barədə qətnamə layihəsini müzakirə edib. Sənədi Böyük Britaniya təklif edib. Səsvermə iyulun 8-nə təxirə salınıb.

İyulun 11-də Bosniya-Herseqovinada Serebrenitsa qırğınının 20 illiyi anılacaq.

Beynəlxalq Haaqa məhkəməsi Serebrenitsa hadisələrini soyqırım kimi qəbul edib.

XS
SM
MD
LG