Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:06

Nüvə danışıqları iyulun 10-dək davam edəcək


Avstriyada danışıqlar, 7 iyul, 2015-ci il

Avstriyada danışıqlar, 7 iyul, 2015-ci il

-

Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini deyir ki, İranla altı dövlət arasında nüvə danışıqları “bir neçə gün” davam edəcək. Bununla da danışıqlar üçün qoyulmuş son tarix rəsmən 2-ci dəfə uzadılmış olur.

Mogherini Vyanada danışıb. P5+1 qrupunun diplomatları iranlı təmsilçilərlə danışıqlar aparır.

Bu arada Birləşmiş Ştatlar bildirib ki, 2013-cü il aralıq sazişinin şərtləri iyulun 10-dək uzadılıb.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov iyulun 7-də deyib ki, yekun sazişin əldə olunması üçün səkkiz məsələ həllini gözləyir. Onun sözlərinə görə, İrana silah embarqosu “böyük problemdir”.

Mogherini deyib ki, P5+1 qrupunun bəzi nazirləri iyulun 7-də Vyananı tərk etsə də, qayıdacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG