Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:56

Yunanıstan iyulun 7-də avrozona ölkələri maliyyə nazirlərinin görüşündə borc böhranı ilə bağlı elə bir konkret təklif verməyib.

Bu barədə Maltanın baş naziri Joseph Muscat məlumat yayıb.

O bunun avrozona ölkələri liderlərinin görüşünə kömək etməyəcəyini yazır.

Yunanıstan rəsmilərinin sözlərinə görə ölkənin baş naziri Alexsis Tsipras iyulun 7-də Almaniyanın kansleri Angela Merkel və Fransa prezidenti Francois Hollande ilə görüşməlidir.

Bundan əvvəl Tsiprasın yeni təklif verəcəyi bildirilirdi.

Məlumata görə həmin təklifdə Yunanıstanın borclarının 30 faizinin silinməsi tələb olunur.

Yunanıstan bu günlərdə Beynəlxalq Valyuta Fonduna olan təxminən 1,7 milyard dollarlıq kredit borcunu ödəmədiyindən defolt və avrozonadan çıxmaq təhlükəsi ilə üzləşib.

İyulun 5-də ölkədə keçirilən referendumda isə əhalinin böyük əksəriyyəti beynəlxalq kreditorların təkliflərini rədd elədi və bu vəziyyəti daha da qəlizləşdirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG