Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:01

Polis jurnalistlərin aksiyasına imkan vermədi


Polis jurnalistlərin növbəti piketinin qarşısını alıb

Polis jurnalistlərin növbəti piketinin qarşısını alıb

Noyabrın 15-də «Azadlıq» qəzetinin yerləşdiyi binadan çıxarılmasına etiraz edən bir qrup jurnalist Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin binası qarşısında icazəsiz piket keçirməyə cəhd edib. Amma Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları aksiyanın keçirilməsinə imkan verməyiblər.


Piketçilərdən heç kim saxlanmayıb və polis aksiyanın qətnaməsinin oxunmasına imkan verməyib.


Noyabrın 14-də BŞBPİ jurnalistlərə xəbərdarlıq edib ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmamış aksiyaya icazə verilməyəcək.


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi «Azadlıq» qəzetinin yerləşdiyi binadan çıxarılması tələbi ilə 1 Saylı Yerli İqtisad Məhkəməsində iddia qaldırıb. Qurum hesab edir ki, sözügedən nəşr yerləşdiyi binadan istifadəyə görə icarə haqqını ödəmir. Qəzet isə bildirir ki, bu bina 1992-ci ildə BŞİH tərəfindən nəşrə əvəzsiz və müddətsiz verilib.


Noyabrın 14-də mübahisəyə baxan məhkəmə tərəflərə barışmaq üçün noyabrın 24-nə kimi vaxt verib.


Günün bütün mövzuları

XS
SM
MD
LG