Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:36

Yeni Zelandiya internetdə qısnama və sataşma kimi tanınan hərəkətləri cinayət əməli edən qanun qəbul edib.

Yeni Zelandiya internetdə qısnama və sataşma kimi tanınan hərəkətləri cinayət əməli edən qanun qəbul edib.

Bu həftədən qüvvəyə minən qanuna görə virtual məkanda insanların təhdid və təhqir edilməsi, təhqiramiz dildən istifadə olunması spesifik cinayət əməli sayılır.

Yeni qanun internetdə “trollinq” termini ilə tanınan bu cür əməllərə görə ağır cərimələr və hətta həbsxana cəzası nəzərdə tutur.

Ziyanlı Rəqəmli Kommunikasiya Qanununa görə xüsusi olaraq yaradılmış nazirlik arzuolunmaz materialların internetdən silinməsi üçün Facebook, Google və Twitter kimi şirkətlərlə əməkdaşlıq edəcək.

Ziyanlı materialların 24 saat ərzində silinməsindən əvvəl bunu könüllü etmək müəlliflərin özlərindən tələb olunacaq

Sənəddə deyilir ki, ziyanlı materialların 24 saat ərzində silinməsindən əvvəl bunu könüllü etmək müəlliflərin özlərindən tələb olunacaq.

Tənqidçilər deyirlər ki, yeni qanun olduqca geniş və yayğındır, buna görə də ifadə azadlığını məhdudlaşdıra bilər.

Lakin qanunu dəstəkləyənlərin fikrincə bu qanuna görə cinayət işlərinin açılması ehtimalı aşağıdır.

Britaniya qanunları nə deyir?

İngiltərə və Uelsdə trollinq cinayət əməli sayılmır, lakin təhqiramiz trollar artıq mövcud olan üç müxtəlif qanun əsasında cinayət əməli sayıla bilər.

Bunlar Ziyanlı Kommunikasiya, Kommunikasiya və Qısnamadan Müdafiəı qanunlarıdır.

Bu qanunlarda xüsusi olaraq “trollinq” sözü işlədilməsə də onlar internetdə hədələmə, qısnama, gözümçıxdıya salma, habelə narahatlıq yaradan mesajlara görə cinayət məsuliyyəıti nəzərdə tutulur.

Şotlandiya və Şimali İrlandiyada da buna bənzər qanunvericilik aktları mövcuddur.

Media hüquqşünası Nick McAleenan inanır ki, bu qanunlar sözü gedən problem üçün kafidir. O bildirir ki, son on iki ayda polis bu qanunların tətbiqində fəallaşıb.

İnandırıcı zorakılıq hədəsi nədir?

Ekspert bildirir ki, son vaxtlar internetdə təhqir və təhdidlərlə bağlı açılan cinayət işlərinin sayı artıb, lakin istər polis, istərsə də ictimaiyyətə nəyin cinayət hesab oluna biləcəyi izah edilməlidir.

Kral Prokurorluq Xidmətinin (KPX) rəyinə görə “spesifik olaraq fərd və fərdləri hədəfləyən və qısnama və ya sataşma kimi qiymətləndirilə biləcək mesajlar” cinayət əməli hesab olunmalıdır.

Prokurorluğun fikrincə “inandırıcı zorakılıq hədəsi” ifadə edən mesajlara görə də cinayət işi qaldırıla bilər

Prokurorluğun fikrincə “inandırıcı zorakılıq hədəsi” ifadə edən mesajlara görə də cinayət işi qaldırıla bilər.

Belə bir ehtimal da mövcuddur ki, “ünvansız, ümumən təhqiramiz və ya yanlış” mesajlara görə də mühakimə olunmaq mümkündür.

Media istifadəçilərinə və uşaqlara rəhmdillik edilməlidir

Qanuna görə 18 yaşınadək şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi gözlənilmir, çünki bu yaşlarda təhqirin və ya aşağılamanın vurduğu ziyan hələ lazımınca qiymətləndirlmir.

KPX sosial media istifadəçilərinə qarşı Ziyanlı Kommunikasiya Qanununu çox ehtiyatla tətbiq etməyi tövsiyə edir.

Kommunikasiyada istifadə olunan məzmun ayrılıqda nə qədər ədəbsiz və ziddiyyətli olsa da, birbaşa cinayət məsuliyyətinə cəlb olunmaq üçün əsas vermir

Qanuna əlavə qaydalarda deyilir ki, “kommunikasiyada istifadə olunan məzmun ayrılıqda nə qədər ədəbsiz və ziddiyyətli olsa da, fərdlərə və spesifik icmalara təhqir ifadə etsə də, birbaşa cinayət məsuliyyətinə cəlb olunmaq üçün əsas vermir”.

Başqa sözlərlə, prokurorluq “yumor” həddini xeyli aşan mesajları məsuliyyət obyekti hesab etməlidir.

3 ildən 5 ilədək

Buna baxmayaraq trollinqə qarşı yuxarıda adı çəkilən üç qanunun hansından istifadə edilməsindən asılı olaraq, cəzalar 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə şəklində ola bilər.

Nick McAleenan deyir ki, indi bu qanunlarla daha çox şəxslər mühakimə edilsə də, hökmlərlə nəticələnən işlər çox azdır.

Ötən il İngiltərənin Bristol şəhərindən olan 33 yaqşlı Peter Nunn leyborist millət vəkili Stella Creasy-ni internetdə qısnamaya saldığı üçün 18 ay azadlıqdan məhrum edilmişdi.

Millət vəkili yazıçıJane Austen-in şəklinin 10-luq funt sterlinqlərin üstündə həkk edilməsi təklifi ilə çıxış etdikdən sonra bir sıra şəxslərin internet hədələri ilə üzləşmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG