Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:19

.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan jurnalist Rauf Mirqədirovla görüşüb.

Bu barədə APA-ya məlumat verən Elçin Behbudov bildirib ki, Rauf Mirqədirovun saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur: “Bildirdi ki, təzyiqi var. Lakin həkimlər hər gün ona dərman verirlər və nəzarət edirlər. Hər hansı şikayəti yoxdur. İdmanla məşğul olur”.

"Ayna-Zerkalo” qəzetinin keçmiş müxbiri Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Ankaradan deportasiya edilib. Həmin gün də Bakı hava limanında həbs edilib.

O, Ermənistanın xeyrinə casusluqda ittiham olunur, barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb.

Jurnalist özü və müdafiəçiləri ittihamı rədd edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG