Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:17

Yunanlar Avropa Birliyinə yeni təklif verir


Alexis Tsipras
Alexis Tsipras

-

Yunanıstanın baş naziri Alexsis Tsiprasın iyulun 7-də avrozona ölkələrinin Brüssel sammitində ölkənin borc böhranı ilə bağlı yeni təklif verəcəyi gözlənilir.

Məlumatlara görə Tsiprasın planında Yunanıstanın borcunun 30 faizinin silinməsi tələb olunur.

Fransa prezidenti Francois Hollande iyulun 6-da Tsiprası avrozonada qalmaq üçün ciddi və etibarlı təklif verməyə çağırıb.

Yunanıstan hazırda 331 milyard dollar borcla defolt təhlükəsi ilə üzləşib.

Almaniyanın kansleri Angela Merkel isə iyulun 6-da bildirib ki, Yunanıstana yeni xilas paketinin verilməsi üçün şərtlər hələ ki, yerinə yetirilməyib.

Pul resursunun tükənməməsi üçün Yunanıstanda banklar iyulun 9-dək bağlı olacaq.

Fransanın baş naziri Manuel Vallsiyulun 7-də bildirib ki, Fransa Yunanıstanın avrozonada qalması ilə bağlı riskə gedə bilməz.

Fransa prezidenti Fransois Hollande isə dialoq üçün qapıların açıq olduğunu bəyan edib.

Merkel isə bu arada bildirib ki, baş nazir Tsiprasdan Yunanıstanın inkişafa dönməsinə yol açançox dəqiq təklif gözləyirik.

Yunanıstanın yeni maliyyə naziri Euclid Tsakaloto isə deyib ki, Afina müzakirələrin davam etdirilməsini istəyir.

Fransa, İtaliya və İspaniyadan fərqli olaraq, Almaniya, Finlandiya, Slovakiya və Pribaltika ölkələri daha sərt mövqedədirlər.

Ağ ev bütün tərəfləri Yunanıstanı avrozonada saxlayacaq kompramisə gəlməyə çağırıb.

Avrozona ölkələri liderlərinin xüsusi sammiti maliyyə nazirlərinin görüşündən sonra keçiriləcək.

Beynəlxalq Valyuta Fondu iyulun 6-da vəziyyəti izlədiyini və lazım gəlsə Yunanıstana yardım etməyə hazır olduğunu bəyan edib.

İtaliyanın baş naziri Matteo Renzi özünün Facebook səhifəsində yazıb ki, Avropaya təkcə büdcə xərclərinin kəskin azaldılması haqda yox, infrastrukturun inkişafından da danışmaq lazımdır.

İspaniya da Yunanıstana kömək etmək üçün yeni danışıqlara açıq olduğunu bəyan edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG